preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir
Apr 19 , 2019 – 09:41

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi arasında əməkdaşlıq protokolu imzalanıb. Sənəd DİA-nın rektoru, akademik Urxan Ələkbərov və Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren tərəfindən Ankarada imzalanıb.

Tərəflər əməkdaşlığın qarşılıqlı olaraq böyük fayda gətirəcəyinə əmin olduqlarını bildiriblər. DİA-nın elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli imzalanma mərasimində iştirak edib.