preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası Üzeyir Hacıbəyli adına Musiqi Akademiyası ilə birgə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan klassik musiqi günü keçirilib
Dek 12 , 2014 – 04:21

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Üzeyir Hacıbəyli adına Musiqi Akademiyası ilə birgə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan klassik musiqi günükeçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli keçirilən tədbiri ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-80-ci illərində təşkil olunan “Klassik musiqi” gecələri ənənəsinin davamı kimi planlaşdırıldığını qeyd etmiş, həmin ənənəni əsas götürərək dövlət tərəfindən həyata keçirilən mədəniyyət sahəsindəki ideologiyaya uyğun olaraq dövlət idarəçilik sahəsində ixtisaslaşan idarəçi gənc kadrların klassik, Avropa və milli musiqiləri dinləməsi və onların ümumi dünyagörüşlərinin formalaşmasına dəstək məqsədi ilə bu layihənin həyata keçirildiyini və davam etdirilməsi barədə razılığa gəldiklərini bildirmişlər. Natiqlər öz dühası və fədakar fəaliyyəti ilə Azərbaycana sülh, əmin-amanlıq, firavanlıq gətirmiş böyük dünyada tanınan görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurııcusu, həyatını xalqına, Vətəninə həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində demokratik və hüquqi dövlət qüruculuğunda, mədəniyyətə xüsusi diqqət və qayğısı olmasının müstəsna rolundan danışmış, Heydər Əliyevin xalqını və Vətənini ürəkdən sevən, onun uğrunda çox böyük fədakarlıqlar göstərmiş, adı və əməlləri dünya durduqca yaşayacaq bir şəxsiyyət olduğunu vurğulamış, onun həyat və fəaliyyətinin gələcək nəsillər üçün əsl nümunə olacağını qeyd etmişlər. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn ilk illərdən başlayaraq kadr hazırlığına diqqətin artırılması məqsədini qoyması, insan potensialının formalaşması və kadrların uğurlu inkişafını hər zaman diqqət mərkəzində saxlamasını xatırlatmışlar. Bu gün də ölkəmizdə bu siyasətin uğurlu davamını prezidenti İlham Əliyevin «qara qızılı» «insan qızılına» çevirmək strategiyasının əsasında dudrduğunu bildirmişlər.

Klassik musiqi günündə Q.Qarayevin, A.Əlizadənin, Niyazinin, A.Məlikovun, C.Cahangirovun, Françesko Çileanın, V.Mustafazadənin və digər müəlliflərin əsərlər ifa edilmişdir.