preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 31 mart Azərbaycanlıların Soyqırımı günü qeyd edilmişdir
Mart 29 , 2016 – 04:25

29 mart 2016-cı il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Səbail rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan  Ələkbərov və  Bakı şəhəriSəbail rayonu İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyətinin  açıqlandığı,  bu hadisələrə siyasi-hüquqi qiymət verildiyini qeyd etmişlər. Natiqlər ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar  ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırmış, son illərdə erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin çap olunmasının əhəmiyyətini qeyd etmişlər.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix”  kafedrasının müdiri, dosent  Firdovsiyyə Əhmədova – Azərbaycanlıların  soyqırımı ərəfəsində  ictimai-siyasi vəziyyət,AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi – 1918-ci ildə müsəlman qırğınları: mahiyyəti, miqyası və nəticələri,AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru  İlqar Niftəliyev – Azərbaycanlı qırğınları bolşeviklərin xatirələrində mövzusundaçıxışlar etmişlər.

Çıxışlarda erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində, təkcə XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qaldığını vurğulamış, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salındığını xatırlatmışlar.