Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıqlar ” mövzusunda tədbir keçirilib
Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Tələbə Gənc Politoloqlar Klubunun təşəbbüsü ilə “44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıqlar” mövzusunda görüş keçirilib. Tələbə gənc politoloqlar klubunun bu dəfəki qonağı millət vəkili Ceyhun Məmmədov olub. Tədbirdən öncə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrün tarixi əhəmiyyətini vurğulayayıb, Ulu Öndər Heydər Əliyevin başladığı və prezident İlham Əliyev tərəfindən uğurla davam edən siyasət nəticəsində Azərbaycanın keçdiyi inkişaf yolu bartədə fikirlərini bildirib. U. Ələkbərov müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistan və havadarları üzərində bütün sahələrdə qələbə əldə etdiyini qeyd edərək, 44 günlük müharibənin nəticəsinin bölgəyə yeni reallıqlar gətirdiyini qeyd edib. Daha sonra tədbir millət vəkili Ceyhun Məmmədovun interaktiv şəkildə çıxışı ilə davam edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsinin beynəlxalq aləmdəki əks sədası haqqında öz çıxışında 9 noyabr kapitulyasiya aktının imzalanmasından sonra bölgədə yaranmış yeni reallıqlar, regional çağırışlar və məqsədlər haqqında geniş şəkildə danışmışdır. O, çıxışında müharibədən sonrakı dövrdə Azərbaycanın əksər dövlətlərlə münasibətlərinin inkişaf etdiyinə diqqəti çəkərək, dünyanın ayrı – ayrı geosiyasi güc mərkəzlərinin bölgədə yaranmış yeni reallığı qəbul etdiklərini qeyd etdi. Daha sonra Vətən müharibəsindən sonrakı dönəmdə qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzur bölgələrində intensiv və operativ şəkildə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsini təhlil edərək, Füzuli Beynəlxalq Hava Lima¬nının tikilib istifadəyə verilməsi, eyni zamanda, Zəngilan və Laçında da yeni aeroportların inşasının reallaşdırılması yönündə işlərə başlanılması, işğaldan azad edilən bölgəmizdə müasir yol-nəqliyyat infrastrukturunun sürətli şəkildə yaradılması məsələlərinə toxundu. Qeyd edildi ki, Vətən müharibəsinin nəticəsi göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasi kurs dövlətimizi və xalqımızı qələbələrə aparan alterna¬tivsiz yoldur. Qarşıda isə xalqımızı Qarabağın və Şərqi Zəngəzurun sürətlə bərpası ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıt¬malarının sevinc hissi gözləyir. Görüş qarşılıqlı diskusiya formatında davam etdi. Tədbirdə DİA-nın ümumi işlər üzrə prorektoru dosent Cəfər Eyvazlı, akademiyanın müşaviri Zaur Məmmədov və Tələbə Gənc Politoloqlar Klubunun üzvləri iştirak ediblər.