preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar”, ”Azərbaycan Respublikasında gənclər siyasəti” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları başa çatmışdır
Okt 01 , 2014 – 10:29

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar”, ”Azərbaycan Respublikasında gənclər siyasəti” istiqamətləri üzrəqısamüddətli  ixtisasartırma kursları keçilirmişdir. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

“Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar” istiqamətinin əsas məqsədi – Azərbaycan Respublikasında vətəndaşların konstitusion hüquq və vəzifələri, Vətəndaş və hüquqi dövlət: anlayış, əsas prinsiplər və başlıca problemlər, Konstitusiya nəzarətinin mahiyyəti, təşkili və reallaşması, Davamlı insan inkişafının planlaşdırılması və idarə olunması, Siyasi partiyaların hüquqi statusu və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Kurs ərzində Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov,  Milli Məclisi Apparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisi Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Konstitusiya məhkəməsinin hakimi Ceyhun Qaracayev müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər. 

 Eyni zamanda qeyd olunan kursla yanaşı-”Azərbaycan Respublikasında Gənclər Siyasəti” istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursun əsas məqsədi Davamlı inkişafın planlaşdırılmasında və idarəolunmasında gənclərin rolu, Azərbaycan dövlətinin gənclər siyasətinin başlıca istiqamətləri, Xaricdə təhsil üzrə dövlət proqramı, və s.problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi. Qeyd olunan kursda, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Ceyhun Bayramov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, DİA-nın rektoru akademik Urxan Ələkbərov, və digər muhazirəçilər çıxış etmişlər.  Kursların sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Dinləyicilərə sertifikatlar  təqdim edilmişdir.