preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında «Azərbaycan Respublikasının gənclər siyasəti» və «Azərbaycan dövlətçiliyininn hüquqi əsasları və inzibati islahatlar» istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları və “Publik hüquqi şəxslər” mövzusunda seminar keçirilmişdir
Yan 31 , 2017 – 03:51

             2017-ci il yanvar ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Azərbaycan Respublikasının gənclər siyasəti» və «Azərbaycan dövlətçiliyininn hüquqi əsasları və inzibati islahatlar» istiqamətləri üzrə qısamüddətli  ixtisasartırma kursları və “Publik hüquqi şəxslər” mövzusunda seminar keçirilmişdir. Seminar və kurslara dövlət orqanlarında çalışan dövlət qulluqçuları cəlb olunmuşlar.

         «Azərbaycan Respublikasının gənclər siyasəti» istiqamətində kursun əsas məqsədi “Davamlı inkişafın planlaşdırılması və idarəolunmasında gənclərin rolu”, “Dövlət qulluqçusunun peşə fəaliyyətinin mənəvi-əxlaqi əsasları”, “Həssas qruplardan olan gənclərin sosial müdafiə sisteminə inteqrasiyası”, «Azərbaycan dövlətçiliyininn hüquqi əsasları və inzibati islahatlar» istiqamətində “Azərbaycan Respublikasında vətəndaşların konstitusion hüquq və vəzifələri”, “Azərbaycan Respublikasında konstitusiya islahatları: mahiyyət və prioritetlər”, “Müstəqil Azərbaycan Respublikasında hüquq islahatları”, “Korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi kimi”, “Publik hüquqi şəxslər” mövzusunda seminarın isə “Azərbaycan Respublikasının innovativ idarəetmə modeli: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında”, “Azərbaycan qanunvericiliyində publik hüquqi şəxslərin yeri”, “Azərbaycan Respublikasının qanunvericiliyində publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi” və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

          Kurs ərzində «Azərbaycan Respublikasının gənclər siyasəti» istiqaməti üzrə – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, DİA-nın tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev, millət vəkili, Millət Vəkili, DİA “Siyasi araşdırmalar institutu”nun direktoru, professor Elman Nəsirli, tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, professor Fuad Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, şöbə müdiri İndira Hacıyeva, sektor müdiri İlqar Nəcəfov, sektor müdiri Aydın Məmmədov, BMT-nin Bakı ofisinin Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi əməkdaşı Vüqar Baxışov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, sektor müdiri Orxan Ərəbov, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi, şöbə müdiri Cavanşir Vəliyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, şöbə rəisi Oqtay Tağıyev, «Azərbaycan dövlətçiliyininn hüquqi əsasları və inzibati islahatlar» istiqaməti üzrə – Dövlət İdarəçilik Akademiyası Hüquq kafedrasının müdiri Fəxrəddin Nağıyev, Milli Məclisi Aparatının sektor müdiri Sərvan Sadıqov, şöbə müdirinin müavini Səyyad Kərimov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə, Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Ədliyyə Nazirliyi İctimaiyyətlə əlaqələr və İnsan hüquqları idarəsinin rəisi Faiq Qurbanov, Konstitusiya Məhkəməsi Aparatının məhkəmə qərarlarının icrasına nəzarət sektorunun müdiri İntiqam Eyvazov, Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyanın hakimi Xəqani Məmmədov, Mülki Kollegiyasının hakimi İlqar Dəmirov, Baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin təşkilat informasiya idarəsi rəisi Orxan İsayev, Baş prokurorluğunun ittiham idarəsinin rəis müavini Mürvət Həsənov, Bakı Apellasiya Məhkəməsinin hakimi Abiddin Həsənov, Daxili İşlər Nazirliyi baş inspektor Rüstəm Nəsibov, bölmə rəisi Vasif Qasımov, “Publik hüquqi şəxslər” seminarında isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik, Urxan Ələkbərov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov, Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Samir Seyidəhmədli müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

         Kursların sonunda Akademiyanın rektoru, akademik Urxan Ələkbərov və Akademiyanın I tədris işləri üzrə prorektoru professor Əlikram Abdullayev  dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim etmişlər.