Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda növbəti onlayn təlim keçirilib

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Fövqəladə Hallar Nazirliyinin komandir-rəis heyəti üçün “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda növbəti onlayn təlim keçirilib. Tədbir Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı 2021-ci il 2 fevral tarixli Sərəncamı rəhbər tutularaq təşkil olunub.

Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib. Rektor qeyd olunan uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu xüsusi vurğulayıb. U.Ələkbərov qazanılan uğurların Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolunun olduğunu da qeyd edib. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir.

Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində respublikamızın yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya ölkələrinə nümunə olmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.

U.Ələkbərov işğaldan azad olunan ərazilərdə aparılan quruculuq tədbirlərinin, dərin islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin gücünün daha da artırılmasının, yüksək rifah cəmiyyətinin qurulmasının, azad edilmiş bölgələrə tarixi Qayıdışın təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimlər başa çatdıqdan sonra iştirakçılara sertifikatlar veriləcək.