preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti növbəti təlim keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə “Könüllülərin idarəedilməsi: cəlb edilməsi, motivasiyası, inkişafı” mövzusunda növbəti təlim keçirilmişdir. Təlim yerli icra hakimiyyətinin könüllü fəaliyyəti üzrə çalışan kuratorları üçün onlayn formada təşkil olunmuşdur. Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Bu baxımdan təlimin əsas məqsədi ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülərin rolunun qiymətləndirilməsidir. Təlimdə dinləyicilərə könüllülərin idarəedilməsi: cəlb edilməsi, motivasiyası, inkişafı mövzusu və s. problemlərlə bağlı biliklər çatdırıldı və onlarla fikir mübadiləsi aparıldı. Təlimdə Milli Məclisinin deputatı, Elm və təhsil, həmçinin Gənclər və İdman komitəsinin üzvü Şahin Seyidzadə “Könüllülərin idarəedilməsi: cəlb edilməsi, motivasiyası, inkişafı” mövzusunda çıxış edib.