Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında «Azərbaycanın ikinci Qarabağ müharibəsində hərbi-diplomatik və informasiya məkanında uğurları» mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçuları üçün «Azərbaycanın ikinci Qarabağ müharibəsində hərbi-diplomatik və informasiya məkanında uğurları»  mövzusunda növbəti online təlim keçirilmişdir.

            Təlimdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov  mühazirə ilə çıxış etmişdir. O, ikinci Qarabağ müharibəsini şərtləndirən amillər, beynəlxalq hüquqi sənədlər, işğal olunuş ərazilərdəki qeyri-qanuni fəaliyyət, müharibə zamanı qazanılan uğurlar  və s.  məsələlər barədə danışıb.

Professor E.Əhmədov eyni zamanda qeyd etdi ki, hərbi və diplomatik sahələrdəki uğurlar informasiya məkanındakı uğurları da şərtləndirdi. Təlimdə müharibədən əvvəlki vəziyyət, gedişat və müharibədən  sonrakı quruculuq işləri  barədə geniş şərh verildi. Sonda E. Əhmədov qeyd etdi ki, bütün bu tarixi faktların dövlət qulluqçularının diqqətinə çatdırılması, fikir mübadiləsinin aparılması tarixin unudulmaması baxımında olduqca önəmlidir.

Təlim uğurla başa çatdı.