preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycanlılara qarşı soyqırımı cinayətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Onlaynkonfransda çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasətindən danışıb, bütün dövrlərdə hər bir azərbaycanlı ailəsinin bu deportasiya və soyqırımına məruz qaldığını bildirib. O, erməni millətçilərinin mənfur niyyətlərini, törətdikləri hadisələri faktlarla diqqətə çatdırıb.

Rektor bildirib ki, ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilib, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Akademik Urxan Ələkbərov son illərdə erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin çap olunmasının əhəmiyyətini qeyd edib.

Urxan Ələkbərov tariximizin öyrənilməsində, ermənilərin bütün dövrlərdə xalqımıza qarşı həyata keçirdikləri mənfur siyasətinin gənc nəslə çatdırılmasında bu cür konfransların keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib, gənclərə tariximizi unutmamağı tövsiyə edib.

Onlaynkonfransdaməruzə ilə çıxış edən  DİA-nınTarixkafedrasınınmüdiridosentFirdovsiyə Əhmədova, Politologiyavə siyasiidarəetmə kafedrasınınmüəllimi, politoloqZaurMəmmədovvə başqaları çıxış edərəkbildirdilərki, 1918-ciilinmartsoyqırımı ermənimillətçilərininplanlı şəkildə həyatakeçirdiyivandalizmaktıdır. Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. Tarixi faktlar göstərir ki, Azərbaycanın strateji baxımdan böyük əhəmiyyətə malik olan Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanılıb. XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksutyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhalini amansızlıqla qətlə yetirib, şəhər və kəndləri yandırıb və dağıdıblar.

Konfransda DİA-nın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak etmişdir.