preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Bələdiyyə idarəçiliyinin aktual problemləri” mövzusunda ixtisasartırma kursları keçirilib.
Mart 17 , 2015 – 12:09

Respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərə müvafiq olaraqAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”ndə «Bələdiyyə idarəçiliyinin aktual problemləri» istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursları keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) rektoru professor Onur Ender Aslan kursların açılışında ilk mühazirələrlə çıxış edərək yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətindən danışmış, qeyd etmişlər ki, aparılan islahatların əsas məqsədinin çevik idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə beynəlxalq aləmə inteqrasiya prosesinin sürətləndirilməsindən ibarət olduğunu bildirmişdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu (TODAİE) ilə əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi aparmaq, elmi araşdırmaları təcrübəyə gətirməkdən ibarətdir. Yerli özünüidarəetmənin inkişafı sahəsində görülən işlərin effektivliyinin davamlılığı məhz təşkil olunan kursların məqsədini ifadə edərək, milli srtategiyanın tərkib hissəsi olan idarəçilik üzrə həyata keçirilən islahatları təhlil etmək, yerli özünüidarəetmədə əldə olunan uğurları və gözləntiləri nəzərdən keçirmək, həmçinin inkişaf etmiş ölkələrin səmərəli təcrübəsinin tətbiqi imkanlarını və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsini araşdırmaqdır. Qeyd edilmişdir ki, yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından birinə çevirmişdir və yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin əsasında, vətəndaşlara xidmətin yerli özünüidarəetmə qurumları vasitəsi ilə daha effektiv şəkildə verilməsinin təmini, informasiya kommunikasiya texnologiyalarının tətbiqi vasitəsi ilə yerli özünüidarəetmə qurumları resursları ilə sosial xidmətlərin göstərilməsi strategiyasının reallaşdırılması mexanizmləri, yerli özünüidarəetmənin dekokratik inkişafa təsiri imkanları durur və kurslarda bu və digər sahələri əhatə edən aktual mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”ndə «Bələdiyyə idarəçiliyinin aktual problemləri» istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursunun proqramında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsi, sektor müdiri Kamran Bayramov, Azərbaycan Respublikası Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Mərkəzi, məsləhətçi Bahadur Kərimov,Dövlət İdarəçilik Akademiyası Elmi Təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli, Türkiyədən dəvət olunana mütəxəsislərdən Ankara Universitetinin professoru Tayfun Çinar, TODAİE-dən dosent Aslı Akay, Keçiören Belediye Başkanı Mustafa Ak, Gazi Universitetindən professor Hikmet Kavruk, Yıldırım Beyazit Universitetindən professor Ahmet Kesik və digər mütəxəsislərin iştirakı nəzərdə tutulub.