preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi qeyd edilmişdir.
May 05 , 2015 – 08:29

6 may 2015-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə bağlı tədbir keçirilmişdir.

Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan  Ələkbərov Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayıb, əsası Ulu Öndər tərəfindən qoyulan bu gənclər siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. O, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərini təbliğ etmək və gələcək nəsillərə ötürmək istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Böyük Vətən müharibəsində veteranlarımızın şərəfli döyüş yolları haqqında gənclərimizin məlumatlandırılması onlarda vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynadığını qeyd edib.

Daha sonra çıxış edən məruzəçilər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, Veteranlar Təşkilatının üzvü tədqiqatçı alim, professor Musa Bağırov, Damət Nəbiyev və digər natiqlər ölkə rəhbərliyinin Silahlı Qüvvələrimizə hərtərəfli diqqət və qayğısından danışıb, gənclərimizdə vətənpərvərlik hissinin güclənməsində belə görüşlərin əhəmiyyətini vurğulayıblar.