preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Cənubi Qafqaz: postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və AMEA Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının parlaq qələbəsinin birilliyinə həsr olunan “Cənubi Qafqaz: postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri” mövzusunda beynəlxalq elmi-praktik onlayn konfrans keçirilib.

Beynəlxalq konfransı açılış nitqı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Millli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, professor Aytən Mustafazadə açıblar. Natiqlər, öz çıxışlarında 44 gün sürən və Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən bu Zəfəri ölkə Prezidentinin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndiriblər.

Konfrans iştirakçılarını Suxumi (Gürcüstan) Dövlət Universitetinin rektoru, Gürcüstan Pedaqoji Elmlər Akademiyasının prezidenti professor, səfir Zurab Xonelidze salamlamışdır. O, Azərbaycan Respublikasının Prezidenti yanında DİA və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə həyata kemirilən əməkdaşlıq haqqında danışmışdır.

Konfransda iştirakçılarına professor Namiq Əliyevin elmi redaktəsi ilə“Elm və təhsil” nəşriyyatında Azərbaycan və rus dillərində çap olunmuş məqalələr toplusu təqdim olunmuşdur.

Daha sonra 9 ölkədən (Azərbaycan, Gürcüstan, İsrail, Litva, Moldova, Polşa, Russiya, Qazaxıstan, Qırqızıstan) konfransa qatılan görkəmli alim və tədqiqatçılar hazırladıqları təqdimatlarla çıxış edərək, müzakirələr aparıblar. Müzakirələrdə Azərbaycanın 44 günlük parlaq qələbəsi, müharibənin geosiyasi nəticələri, erməni revanşizminin Cənubi Qafqazın təhlükəsizliyinə ciddi təhdid yaratması,  müharibədən sonra Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq, azad edilmiş Qarabağ ərazilərinin bərpasının geoiqtisadi perspektivləri, Zəngəzur tranzit dəhlizinin əhəmiyyəti və s. mövzularda məruzələr təqdim ediblər.