preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Davam” Gənclər Hərəkatının üzvləri ilə görüş keçirilib

 

“Davam” Gənclər Hərəkatının növbəti görüşü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rektor, akademik Urxan Ələkbərovla keçirilib.  Görüşdə Dövlət İdarəçilik Akademiyasının prorektoru Cəfər Eyvazlı, Davam Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə heyətinin üzvü, təhsil müəssisələri ilə iş üzrə katib Sabir Rüstəmov iştirak ediblər. Görüş zamanı hərəkatla ali təhsil müəssisəsi arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib, gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.