preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib
Noy 08 , 2016 – 10:29

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət suverenliyinin əsas atributlarından olan Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə DİA-nın Humanitar və sosial məsələlər üzrə prorektoru, dosent  Mehdi Abdullayev Ümummilli Liderin memarı olduğu müasir müstəqil Azərbaycanın təşəkkülü və tərəqqisi yolundakı fəaliyyətindən, bayraq gününün əhəmiyyəti haqqında məlumat verdi.

Daha sonra tədbirdə Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının professoru Musa Quliyev, “Vətənpərvərlik Klubu”nun sədri Xanım Paşayeva təqdimatla çıxış etdilər.

Çıxışlarda qeyd edildi ki, bütün həyatını Azərbaycanın tərəqqisi işinə həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətləri olub. Prezident İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsindəki uğurlu xidmətləri, dövlət atributlarımıza olan xüsusi diqqət və qayğısı, Azərbaycan prezidentinin sərəncamı ilə məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunmasının xüsusi əhəmiyyəti vardır. Bayraq hər bir dövlətin müstəqilliyini, millətin kimliyini və mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi bir qürur mənbəyi olduğu qiymələndirildi. Bu təhsil ocağında dövlət idarəçiliyi sahəsində ixtisaslaşan gənc kardların dövlət atributlarının qorunması və təbliğində daha da fəal olmaları təqdir edildi. Azərbaycan bayrağının, bayraq meydanının Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramının bir qürur simvolu olduğu, millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən evladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə edildi.