preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Dövlət suverenliyi və ərazi bütövlüyünün beynəlxalq hüquqi təminat mexanizmləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

 Dövlət İdarəçilik Akademiyasında “Dövlət suverenliyi və ərazi bütövlüyünün beynəlxalq hüquqi təminat mexanizmləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

 

29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Moskva Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqı və İstanbul Özyegin Universitetinin iştirakı ilə “Dövlət suverenliyi və ərazi bütövlüyünün beynəlxalq hüquqi təminat mexanizmləri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Dövlət İdarəçilik Akademiyası “Hüquq” kafedrasının təşkilatçılığı ilə keçirilən elmi konfransda hər üç ölkədən alimlər, nüfuzlu ekspertlər, dövlət qurumlarının təmsilçiləri, ictimai və siyasi xadimlər iştirak ediblər.

Onlayn keçirilən elmi konfransda açılış nitqı ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycan Respublikasının qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq edilmiş sinergetik, komplementar və kompensasion prinsip və yanaşmalar kompleksini ehtiva edən yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə cevrilməsinə yol açdığını xüsusi vurğulayıb. Eyni zamanda Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində təzahürünü tapdığını da xüsusi vurğulayıb. Bu Zəfərin cəmi 44 günə başa gəlməsi və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını ölkə Prezidentinin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Daha sonra Beynəlxalq Kriminalistlər və Kriminoloqlar Birliyinin sədri, Rusiya Ali Attestasiya Komissiyasının akademik katibi, hüquq elmləri doktoru, professor Matskeviç İqor Mixayloviçin moderatorluğu ilə davam edən konfransda Milli Məclisin üzvü, hüquq elmləri doktoru, professor Nizami Səfərov “İkinci Qarabağ müharibəsi: beynəlxalq humanitar hüquq prizmasından baxış”, Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun şöbə müdiri, Rusiyanın əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Oleg Aleksandrovich Zaytsev “Rusiya Federasiyasında Dövlət Suverenliyinin Təminatı üçün Cinayət Qanunu Mexanizmləri”, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev “Atəşkəs haqqında imzalanmış 10 noyabr 2020-ci il tarixli Birgə Bəyannamənin hüquqi statusu”, Beynəlxalq Kriminalistlər və Kriminoloqlar Birliyinin sədri, Rusiya Ali Attestasiya Komissiyasının akademik katibi, hüquq elmləri doktoru, professor Matskeviç İqor Mixayloviç “Varislik və Cinayətkarlıqla Mübarizə haqqında Vyana Konvensiyası”, İstanbul Özyegin Universitetinin müəllimi Dr.Salim İşıq və  “Hüquq” fakültəsinin dekanı professor Dr. Yener Ünver “1789 Fransız İnqilabından bəri Torpaq bütövlüyü” adlı məruzələri dinlənilmişdir.

İstanbul Özyegin Universiteti Hüquq fakültəsinin dekanı professor Dr. Yener Ünverin moderatorluğu ilə davam edən konfransın ikinci hissəsində Milli Məclisin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasının siyasi aspektləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akdemiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Namiq Əliyev “Qarabağın bərpası prosesində Azərbaycan-Ermənistan münasibətlərinin bəzi hüquqi aspektləri”, İstanbul Özyegin Universitetinin professoru Dr. Nuray Ekşi “Dövlət suverenliyi baxımından miqrasiya və sığınacaq”, İstanbul Özyegin Universiteti Hüquq fakültəsinin dekanı, Professor Dr. Yener Ünver “Vəkalət müharibələri dövlətin suverenliyinə təhdid kimi”, V.Y.Kikot adına Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetinin professoru, hüquq elmləri doktoru Qriqoryev Viktor Nikolaevich “Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasında hüquq mühafizə orqanlarının rolu”, Milli Məclisin üzvü professor Jalə Əliyeva “II Qarabağ müharibəsi dövründə qadınların və uşaqların müdafiəsinin təmin edilməsi beynəlxalq-hüquqi müstəvidə”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyev “İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin beynəlxalq-hüquqi tənzimlənməsi” adlı məruzə ilə çıxış ediblər.

Elmi konfransın “Dövlət suverenliyi və ərazi bütövlüyünün pozulmasına görə beynəlxalq-hüquqi məsuliyyət” adlı birinci bölməsi hüquq üzrə fəlsəfə doktoru Fuad Sülüymanovun və “Dövlət suverenliyi və ərazi bütövlüyünün pozulmasına görə cinayət və mülki hüquqi məsuliyyət” adlı iki bölməsi isə hüquq üzrə fəlsəfə doktoru Asif Qədirovun rəhbərliyi ilə davam etmişdir.

 

 

 

DİA MeDİA

yusif_agayev@rambler.ru

0124927202