preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan dövlət qulluqçuları üçün ixtisasartırma kursu təşkil edilib
Apr 26 , 2019 – 12:07

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 22-25 aprel tarixlərində “Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında” istiqaməti üzrəixtisasartırma kursu keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında birgə əməkdaşlıq, kadr potensialının gücləndirilməsi kimi məsələlərə dair 2019-cu ildə imzalanan Memoranduma əsasən kursa Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları olan dövlət qulluqçuları cəlb edilmişdir.

       Kursun əsas məqsədi dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi, Dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasınaAzərbaycan Respublikasının töhfəsi, dəyişikliklərin idarəedilməsi, dövlət qulluqçularının mənəvi-əxlaqi kefiyyətlərinin artırılması və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və bu sahədə gözləntilər barədə fikir mübadiləsinin aparılması idi.

              Kursun açılışında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqindən danışdı. Akademik U.Ələkbərov Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi strategiyanın əhəmiyyətindən söz açdı, dövlət siyasətinin yüksək peşəkarlıqla planlaşdırılmasının və idarə edilməsinin innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlı olduğunu qeyd etdi. Akademik əldə edilən uğurların əsasında idarəetmə sahəsi üçün mühüm olan sinergetik, komplimentar və kompensasion texnologiyaların xüsusi yer tutduğunu vurğuladı.

       Digər məruzəçilər Dövlət İdarəçilik Akademiyasının I  prorektoru professor Əlikram Abdullayev, Siyasi araşdırmalar institutunun direktoru, Milli Məclisin deputatı professor Elman Nəsirov, Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Siyasi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov, Analitika və təhsilin informasiya təminatı şöbəsinin müdiri professor Ziyafət Həbibova, Tarix kafedrasının professoru Fuad Məmmədov, Elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Rəcəb Rəhimli, Politologiya və siyasi idarəetmə kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Tural Əliyev, Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Elnur Əliyev və başqaları müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. 

             Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.