preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Gənclər siyasəti yeni çağırışlar şəraitində” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi ilə birgə əməkdaşlıq əsasında 16-18 mart 2021-ci il tarixlərində “Gənclər siyasəti yeni çağırışlar şəraitində” adlı onlayn təlimlər keçirilib.

Təlimin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» haqda sərəncamından irəli gələn vəzifələrin icrasini təmin etmək, prosesdə gənclərin daha fəal iştirakına nail olmaqdır. Təlimdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin əməkdaşları iştirakı edib.

Təlimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov “Azərbaycan dövlətinin gənclər siyasətinin başlıca istiqamətləri”, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “Gənclər siyasətinin həyata keçirilməsi: nəticə və perspektivlər”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev “Gənclərin əmək fəaliyyətinin təmin olunmasında dövlət dəstəyi”, Təhsil Nazirliyinin ümumi  təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsildə trendlər və gənclik”, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Gənclərin sağlam həyat tərzinin tədbiği və maarifləndirilməsi” mövzularında məruzə ilə çıxış etmişlər.

Mühazirəçilər öz çıxışlarında ölkənin milli prioritetləri və onların həyata keçirilməsində gənclərin rolu, milli dəyərlər, müharibə və post müharibə dövründə gənclərin vətənpərvərlik ruhunun tərbiyəsi, yeni rəqəmsal reallıqlar, gənclərin məşğulluq probleminin həll olunması sahəsində həyata keçirilən məsələlər barədə danışıblar.