preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Gənclər siyasəti yeni çağırışlar şəraitində” mövzusunda təlim keçirilir
Mart 16 , 2021 – 06:17

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi ilə birgə əməkdaşlıq əsasında 16-17 mart 2021-ci il tarixlərində “Gənclər siyasəti yeni çağırışlar şəraitində” adlı onlayn təlimə keçirilir.

Təlimin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» haqda sərəncamından irəli gələn vəzifələrin icrasini təmin etmək, prosesdə gənclərin daha fəal iştirakına nail olmaqdır. Təlimdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin əməkdaşlarının iştirakı nəzərdə tutulur.

Təlimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Məşqulluq Xidməti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və digər qurumların nümayəndələri çıxış edəcəklər.