loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev irsi və Azərbaycan Respublikasının davamlı inkişafı” mövzusunda elmi-praktiki konfrans
May 07 , 2015 – 08:36

Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Heydər  Əliyev irsi və Azərbaycan Respublikasının davamlı inkişafı” mövzusunda doktorant və dissertantların elmi-praktiki konfransı keçirilmişdir.2013-05-01 13:28:00

Elmi-praktiki konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev açaraq Ulu Öndərin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin iqtisadi uğurlarının əldə edilməsi istiqamətində zamanında verdiyi qərarlardan, həyata keçirdiyi strategiyanın əhəmiyyətini qeyd etmiş, ölkəmizin müasir inkişaf tarixinin Ulu Öndərin adı ilə bağlı olduğunu, onun yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, habelə beynəlxalq əlaqələrdə ciddi dönüşün yarandığını diqqətə çatdırmışdır. O, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasətdən və bu siyasət nəticəsində Azərbaycanın qazandığı uğurları qeyd etmişdir.                    

Elmi-praktiki konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Elmi-təşkilat şöbəsi”nin müdir dos. R.Rəhimli çıxış edərək doktorant və dissertantların məruzələrində Ulu Öndərin zəngin həyat və fəaliyyəti, dövlət və ordu quruculuğu, milli, mənəvi və ümumbəşəri dəyərləri, xarici siyasətinin müxtəlif aspektləri, milli dövlətçiliyimizin qorunub saxlanılması yolunda yorulmaz mübarizəsini əks etdirən istiqamətlərin təhlili və araşdırılmasının əhəmiyyətini qeyd etmişlər. Elmi-praktik konfransda 26 nəfər doktorant və dissertantın məruzələri dinlənilmişdir.