preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “İnnovativ idarəetmə məktəbi” layihəsinin növbəti görüşü keçirilib
Fev 27 , 2016 – 11:23

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN School” könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə həyata keçirdiyi “İnnovativ idarəetmə məktəbi” layihəsinin növbəti görüşü keçirilib.

Dövlət İdarəçilik Akademiyasında keçirilən görüşdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov çıxış edib. Qonaq həyat və iş təcrübələrini bölüşmüş, gənclərə dəyərli məsləhətlərini vermiş, gənclərə uğurlu karyera qurmaq, gələcəkdə müvəffəqiyyətli təhsilə malik olmaq üçün ən önəmli tələblərdən biri kreativ düşünmək, bilik və bacarığa yiyələnmək olduğunu qeyd etmişdir.

Bu mövzuda əsaslandırılmış fikirlərini bölüşən qonağın düşüncələri geniş auditoriya tərəfindən maraqla dinlənilmişdir. Çıxış zamanı Təhsil Naziri gənclərin uğur qazanmasında təhsilin və mütailənin, eyni zamanda təcrübənin rolundan danışıb. O, həmçinin vurğulayıb ki, bu istiqamətdə ASAN könüllərinin fəaliyyəti onu sevindirir.

Tədbirin sonunda ASAN school könüllü proqramının Master 2 pilləsi çərçivəsində Təhsil Nazirliyində təcrübə keçmiş ASAN könüllülərinə sertifikatlar təqdim olunub.