preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursları keçilirmişdir
Okt 19 , 2015 – 02:13

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti”, ”Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti” istiqamətləri üzrəqısamüddətli  ixtisasartırma kursları keçilirmişdir. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

“Azərbaycan Respublikasında gənclər siyasəti” istiqamətinin əsas məqsədi davamlı inkişafın planlaşdırılmasında və idarəolunmasında gənclərin rolu, Azərbaycan dövlətinin gənclər siyasətinin başlıca istiqamətləri, regionlarda gənclərlə işin təşkili, gənclərin diaspora quruculuğunda rolu, həssas qruplardan olan gənclərin sosial müdafiə sisteminə inteqrasiyası, kulturologiya, idarəetmə və gənclərin inkişafı və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Kurs ərzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və nazirliyin əməkdaşları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İdarəsinin rəis müavini Hikmət Eyvazov,  Azərbaycan Respublikası   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini, DİA-nın professor müəllim heyəti müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər. 

Eyni zamanda qeyd olunan kursla yanaşı ”Azərbaycan Respublikasında ailə qadın və uşaq siyasəti” istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursun əsas məqsədi Azərbaycan Respublikasında dövlət ailə, qadın və uşaq siyasəti, ailə qadın və uşaq siyasətinin həyata keçirilməsində ictimai-siyasi təşkilatların rolu, boşanmalar nəticəsində yaranan problemlər, boşanmalar nəticəsində yaranan problemlər, məhkəmə qərarlarının icrası və yerli icra strukturlarının rolu, Azərbaycan Respublikasında ailə məcəlləsi reallıqlar və perspektivlər, islamda ailə və nigar məsələlərinə yanaşma – erkən və qeyri rəsmi nigahlar və s. Qeyd olunan kursda Azərbaycan Respublikasının Prezidenti Admistrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Azərbaycan Respublikası Milli Məclisi Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər.

Kursların sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Dinləyicilərə sertifikatlar  təqdim edilmişdir.