preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib
Dek 11 , 2018 – 04:41

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ixtisasartırma kursunun açılışı olub.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov və Xidmət rəisi Vüsal Hüseynov çıxış edərək ölkədə miqrasiya proseslərinin idarə olunması və bu istiqamətdə reallaşdırılan dövlət siyasətinin hüquq-mühafizə və digər dövlət qurumlarında çalışan rəhbər əməkdaşlara çatdırılması, izahı və şərh edilməsi məqsədilə kursun əhəmiyyətindən danışıblar. İxtisasartırma kursu respublikada miqrasiya sahəsinə aid islahatların aktual problemləri, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsinə, dinləyicilərə yeni biliklərin verilməsinə xidmət edir.