preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilib
May 25 , 2018 – 10:30

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursa dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.

            Bu istiqamətdə kursun əsas məqsədi Etnik-mədəni müxtəlifliyin tənzimlənməsində assimilyasiya, izolyasiya və multikulturalizm siyasətlərinin müqayisəli təhlili, Azərbaycanın müasir iqtisadi-sosial inkişafı və multikulturalizm, Azərbaycanda islami dəyərlər: tarixilik, varislik və müasirlik, Azərbaycandakı dini müxtəliflik multikulturalizm kontekstində və s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

       Kurs ərzində “Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqaməti üzrə-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər şöbəsinin böyük məsləhətçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və baş məsləhətçisi Müzəffər Talıblı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi-elmi katib Həcər Verdiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, AMEA Fəlsəfə Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, DİA-nın dosenti Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. 

            Kursun sonunda Akademiyanın rektoru akademik Urxan Ələkbərov və Akademiyanın Tədris İşləri üzrə I prorektoru professor Əlikram Abdullayev  dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək   gələcək işlərində uğurlar arzu etmişlər.