preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Polşa Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Michal Labenda ilə görüş keçirilib

Noyabrın 16-da Dövlət İdarəçilik Akademiyasında Polşa Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Michal Labenda ilə görüş olmuşdur. Görüşdə Akademiyanın rektor əvəzi, professor Əlikram Abdullayev qonağı salamlamış və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından razılığını ifadə etmiş, Polşanın Milli İdarəçilik Məktəbi və müvafiq təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Səfir öz növbəsində görüşdən məmnun olduğunu bildirmişdir. Gələcəkdə Polşa Respublikasının müvafiq universitetləri və tədris mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə Akademiyada müxtəlif tədbirlərin, o cümlədən treninqlərin keçirilməsi imkanları müzakirə olunmuşdur.
Sonda cənab Michal Labenda səmimi keçən görüşə görə Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.