preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “POST 2015: qlobal çağırışlar şəraitində Azərbaycanın davamlı inkişafının idarəedilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilir
Apr 15 , 2015 – 04:19

Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “POST 2015: qlobal çağırışlar şəraitində Azərbaycanın davamlı inkişafının idarəedilməsi” respublika elmi-praktik konfransı işə başlayıb.
Konfrans Dövlət İdarəçilik Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyası ilə birgə əməkdaşlıq əsasında təşkil edilib.
Respublika elmi-praktik konfransında açılş nitqləri ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və  Dövlət Gömrük Komitəsinin sədr müavini General-leytenant Şahin Bağırov tədbirin əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi uğurların açıqlanması, qlobal miqyaslı çağırışlardan meydana gələn problemlər, onların həlli yolları və ölkənin davamlı inkişafının idarə edilməsinin elmi əsaslandırılmasıdır. Qeyd edilib ki, müasir dünyada baş verən preseslərin gedişi bir çox ölkələrdə uzunmüddətli inkişaf strategiyasının tərtib edilməsini gündəliyə gətirmişdir. Yaranan qlobal çağırışların gedişini nəzərə alaraq, BMT-nin Minilliyin Dekalyrasiyasına əsaslanan, 2015-ci ildən sonrakı dövrdə İnkişaf Proqramı milli, regional və qlobal miqyaslı tematik müzakirələrdən keçirilmişdir. Qlobal miqyaslı proseslərin gedişi təbii ki hər bir ölkənin inkişafına bilavasitə öz təsirini göstərir. Bunu nəzərə alaraq ölkəmizdə “Azərbycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmış və burada nəzərə alınmış inkişaf istiqamətlərinə uyğun tədbirlər planı uğurla həyata keçirilməkdədir.

Konfransda məruzə ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri professor Çingiz İsmayılov, “Elmi təşkilat şöbə”nin müdir dos Rəcəb Rəhimli, DİA-nın dekanı, dosent Oqtay Əliyev, Dövlət Gömrük Komitəsi Akademiyasının kafedra müdiri, dosetn Kamran Eyyubov, BDU-nun kafedra müdiri Kamil Səlimov və başqaları Davamlı inkişafın idarəedilməsi mövzusunu hazırda dünyada çox aktual məsələ olduğunu, davamlı inkişafda kadr potensialının təkmilləşdirilməsi günümüzün aktual məsələlərindən biri olduğunu vurğulamışlar. Bu baxımdan BMT-nin Baş Assambleyasının “Hər kəs üçün layiqli yaşayış: inkişaf məqsədlərinin nail olmasının tezləşdirilməsi sahəsində tədbirlərin görülməsi” qərarında Minilliyin İnkişaf Məqsədlərinin nail olma istiqamətləri göstərilmişdir. Bununla yanaşı natiqlər qeyd etmişlər ki, ölkəmizin İnkişaf Konsepsiyasına əsaslanan sosial-iqtisadi islahatlar uğurla həyata keçirilməkdədir. Məhs belə, uzunmüddətli inkişaf proqramı respublikamızın davamlı inkişafının idarə edilməsində həlledici rol oynamqdadır. Bunun nəticəsi kimi, iqtisadi inkişaf respublikamızda iri sosialyönümlü proqramların realizə edilməsinə şərait yaradır. Respublika elmi-praktik konfransı panel iclaslarında davam etdirilir.