preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Postpandemiya iqtisadiyyatı: reallıqlar və proqnozlar” adlı konfransi keçirilib

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Post Pandemiya iqtisadiyyatı: reallıqlar və proqnozlar” mövzusunda onlayn elmi konfrans keçirilib.

Konfransda məruzə ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət müstəqilliyinin bərpasından keçən 29 il ərzində Azərbaycan Respublikası uğurla inkişaf edib və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə bütün sahələrdə böyük uğurlar qazanıb. Akademik U.Ələkbərov ölkəmizin inklüziv inkişaf sahəsində də dünyada yüksək mövqe qazandığını xatırladıb. Son 15 ildə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında Prezident İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır.

Rektor qazanılan uğurların əsasında Prezident İlham Əliyevin dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını vurğulayıb. 

Daha sonra Dövlət İdarəçilik Akademiyası “Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru  professor X.Hüseynova,  Dövlət İdarəçilik Akademiyasının “Tədris-metodiki və analitika  şöbəsinin müdiri” professor Z. Həbibova, Azərbaycan Texnologiya Universitetinin dekanı dosent N.Hacıyeva, Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının” müdiri dosent, E. Abasov, dr Ali B.Kutvan və digərləri çıxış ediblər.

Konfransın işində Azərbaycan Respublikası Milli Məclisi, Bakı Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti (UTECA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bitki Mühafizə vəTexniki Bitkilər Elmi Tədqiqat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti,  Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, AMEA-nın İqtisadiyyat və Kataliz və Qeyri Üzvi Kimya İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri iştirak edib.