preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Publik hüquqi şəxslər mövzusunda seminar keçirilmişdir
Dek 28 , 2016 – 03:47

28 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Publik hüquqi şəxslər” mövzusunda  seminar keçirilmişdir. Seminara dövlət orqanlarında çalışan hüquqşünaslardan ibarət 30 nəfər dövlət qulluqçuları cəlb olunmuşlar.

         Seminarda “Dövlət təşkilatların vəzifələrinin bir qisminin  yerinə yetirilməsində iştirak edən yeni subyektlər: Publik hüquqi şəxslər”, “Azərbaycan Respublikasının qanunvericiliyində publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi” ilə bağlı mövzular səslənmişdir. Seminarın keçirilməsinin məqsədi  dinləyicilərə biliklərin çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

          Seminar ərzində Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquq təminatı şöbəsinin müdiri İlhamə Qədimova, Azərbaycan Respublikası Vergilər nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Samir Seyidəhmədli  müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. 

         Seminarın sonunda rektor, akademik Urxan Ələkbərov və Akademiyanın I tədris işləri üzrə prorektoru professor Əlikram Abdullayev dinləyicilər qarşısında çıxış etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.