preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd edilib
Dek 08 , 2015 – 02:41

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında sərəncamı rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yubiley tədbiri keçirilmişdir. Görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun hərb tarixinə və Azərbaycan dövlətçiliyi tarixinə verdiyi töhfələr Akademiyanın tələbələri qarşısında qeyd edilmişdir. “Döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazması, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi” məhz general Səməd bəy Mehmandarovun fəaliyyətinin nəticəsi kimi işıqlandırılmışdır. Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının müdiri dosent Firdovsiyə Əhmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət İdarəçilik Akademiyasının I kurs tələbələri Yasəmən Əmiraslanova və Taleh İbrahimov general Səməd bəy Mehmandarovun həyat yolunu, hərbçi ömrünün salnaməsini tərtib etdikləri video-materialın müşayiətində diqqətə çatdırmışlar.

Tədbirdə General Səməd bəy Mehmandarova həsr olunmuş kitab sərgisi də maraqla qarşılanmışdır.