preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Dek 11 , 2018 – 04:46

Dekabrın 11-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədbir keçirilib. Tədbirdən öncə ulu öndərin Akademiyadakı büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən DİA-nın rektor, akademik Urxan Ələkbərov ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini xatırlatdıb. Qeyd edib ki, Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyası mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca, o da daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaqdır. Rektor, Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələrin bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirildiyini diqqətə çatdırıb.   

         Tədbirdə çıxış edən  Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru Musa Qasımlı, Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar institutu”nun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov,  Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin dekanı, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və çıxış edən digər natiqlər dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışmış, onun parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlamasını, ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısında xidmətləri xatırlanmışdır. Tədbirdə ümummilli liderə həsr olunmuş sənədli film nümayiş etdirilib.