preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilmişdir


10 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda onlayn elmi-praktiki konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rektor akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının dövlətçilik prinsiplərinin yaranmasında müstəsna rolunun olduğunu vurğulamış, Ulu Öndərin uğurlu siyasi fəaliyyətindən bəhs etmişdir.
Həmçinin tədbirdə Azərbaycan Respulikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə, Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, Tarix kafedrasının professoru Musa Quluzadə Ümummili lider Heydər Əliyevin siyasi fəaliyyəti barəsində məruzə ilə çıxış edibler.