preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş keçirilmişdir

19 aprel 2012-ci ildə DİA-da Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş və kitablarının “imza günü” keçirilib. Tələbə və müəllim kollektivi ilə keçirilən görüşdə ali təhsil ocağının rektoru,akademik Urxan Ələkbərov dünya şöhrətli yazıçının yaradıcılığı və nəşrləri barədə məlumat vermişdir. 
Sonra Ç.Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışmış, tələbələri vətənpərvərlik ruhunda tərbiyə olunmağı, intellektual səviyyələrini daim yüksəltməyi, dünyagörüşlərini məhz mütaliə ilə genişləndirməyi tövsiyə etmişdir. Gənclərimizin mütaliə ilə daha çox məşğul olacaqlarına inamını ifadə edən qonaq bunun xalqın mədəniyyəti və gələcəyinə xidmət edəcəyini demişdir. “Qisasın gücü”, “Göy mələklər”, “Bakinski bulvar” kitablarının qəhramanları və digər maraqlı fikirləri barədə yazıçı oxucularının və tələbələrin ona ünvanlanan suallarını cavablandırıb, “Kitab Klubu”nun sədri akademiyanın üçüncü kurs tələbəsi Fidan Sideifzadə çıxış edərək bu il fəaliyyətə başlayan klub haqqında məlumat verib və onlarla xatirə şəkli çəkdirib.