preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir
Fev 25 , 2016 – 10:56

Fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbir Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində keçirilmişdir. Soyqırım qurbanlarıın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Akademiyanın rektoru, akademik Urxan Ələkbərov anım tədbirini açaraq, 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı hadisəsini xatırlatdı. Eyni zamanda DİA-nın rektoru bildirib ki, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması işində dövlət strukturları ilə yanaşı, ictimai birliklər də mühüm rol oynayır. O qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə misilsiz xidmətlər göstərir. Rektor deyib ki, bu kampaniya yalnız beynəlxalq ictimaiyyəti Xocalı faciəsi barədə məlumatlandırmaq deyil, həm də dünyada oxşar hadisələrin baş verməməsinə çağırış məqsədi daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində təbliğat işlərinin həyata keçirilməsini yüksək qiymətləndirib.

“Xocalıya ədalət” beynəlxalq kampaniyanın koordinatoru Fərid Cəfərov çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən olan Xocalı soyqırımının təkcə xalqınaa qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir hadisə olduğundan, Xocalı faciəsinin siyasi-hüquqi qiymətindən, bütövlükdə hadisənin soyqırım, insanlıq əleyhinə cinayət faktının olması, anoloji faciələrlə müqayisədə təhlili barədə öz fikir və mülahizələri bildirib. O. qeyd etdi ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub.

Daha sonra DİA-nın “Tarix” kafedrasının müdiri Firdovsiyə Əhmədova, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafdrasının dosenti Elçin Əhmədov, “Hüquq” kafedrasının professoru, hüquq elmlər doktoru Bəhram Zahidov və digərləri çıxış etdilər. Çıxışlarda Ermənilərin Xocalı da daxil olmaqla Dağlıq Qarabağ münaqişəsi barədə yetişməkdə olan gənc nəsil arasında Azərbaycanın yaxın tarixi keçmişində xalqımıza qarşı törədilmiş aktların əsl səbəbləri barədə geniş izahat işlərinin aparıldığı, həqiqətlərin dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparıldığı bildirilib.

Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində aparılan işlər, hazırlanan müxtəlif təbliğat və maarifləndirmə vasitələri barədə geniş məlumat verilib. Çıxışçılar hər kəsi “Xocalıya ədalət” beynəlxalq kampaniyasına könüllü kimi qoşulmaqla yanaşı, kompaniya vasitəsilə həyata keçirilələn müxtəlif aksiyalarda gəncləri fəal iştirak etməyə çağırıblar. Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.