preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında  “Yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilib

10 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilib.

Elmi konfransda dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Mlli Məclisin deputatları, hüquqşünas alımlər, nüfuzlu ekspertlər, ictimai-siyasi xadimlər və gənc hüquqşünaslar iştirak ediblər.

Onlayn keçirilən elmi konfransda açılış nitqı ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycan Respublikasının qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq edilmiş sinergetik, komplementar və kompensasion prinsip və yanaşmalar kompleksini ehtiva edən yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə cevrilməsinə yol açdığını xüsusi vurğulayıb. Eyni zamanda Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində təzahürünü tapdığını da xüsusi vurğulayıb. Bu Zəfərin cəmi 44 günə başa gəlməsi və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını ölkə Prezidentinin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Daha sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək bildirib ki, ölkəmizdə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq önəmli addımlardan biridir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov vəkillik institutunun tarixinə ekskurs edərək müqayisəli təhlil aparmış, Azərbaycanda  müasir vəkilliyin dünya ölkələrinin vəkillik qurumları ilə müqaisədə əhəmiyyətli müsbət  dəyişikliyə məruz qaldığını bildirmiş, bu dəyişikliyin ölkə rəhbəri tərəfindən müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirildiyini vurqulamışdır. Eyni zamanda hüquq təhsilinin əhəmiyyətini, ölkədə bu sahədə təhsilalan gənclərə xüsusi diqqət və qayğının göstırilməsinin vacibliyinə doqqət çəkmişdir.

Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyevin moderatorluğu ilə davam edən elmi konfransda çıxış edən Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, hüquq üzrə elmlər doktoru, professor Ziyafət Əsgərov “Müasir dövlət quruculuğu dövründə hüquqşünas kadrlara qoyulan tələblər”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Gömrük xidməti general-mayoru, professor Qulu Novruzov “Gömrük xidmətinin səmərəliliyində hüquqi biliklərin rolu”, Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Yüksək ixtisaslı hüquqşünas kadrlar insan hüquq və azadlıqlarının təminatını şərtləndirən amillərdən biri kimi”, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Mübariz Əhmədov “Müasir çağırışlara cavab verən kadr korpusunun formalaşdırılması prokurorluqda aparılan ardıcıl islahatların başlıca hədəflərindən biri kimi” Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva “Azərbaycanda hüquq təhsili: tarix və müasirlik”, Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev “Hüquq təhsili fənlərarası yanaşma kontekstində”, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 saylı elm sahələri şöbəsinin müdiri, dosent Mübariz Məmmədli “Hüquq elmləri sahəsində müasir çağırışlara uyğun yüksəkixtisaslı mütəxəssis hazırlığına yeni yanaşma”, DİN-in Polis Akademiyası rəisinin 1-ci müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor, əməkdar müəllim Mahir Əhmədov “Polis Akademiyasında kadr hazırlığının xüsusiyyətləri”, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən, hüquq üzrə fəlsəfə doktoru, dosent, baş ədliyyə müşaviri Elçin Xələfov “Azərbaycanda yeni nəsil peşəkar hüquqşünas kadrların hazırlanması məsələləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev “Elmə əsaslanan təhsil yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanmasının əsas şərtlərindən biri kimi”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası rəisinin 1-ci müavini, hüquq üzrə fəlsəfə doktoru Elşad Nəsirov “Azərbaycanda peşakar hüquqşünas kadrların hazırlanması; problemlər və perspektivlər”, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov “Vəkillik yüksək ixtisaslı kadrların hazırlanmasında əsas institutlardan biri kimi”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev “Yüksək ixtisaslı hüquqşünas kadrlarının hazırlanması müasir çağırışlar kontekstində” adlı mövzularda məruzələr dinlənilib.