preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının komandası “Hüquq viktorinası”

müsabiqəsində iştirak edib

Azərbaycan Respublikası Prokurorluğunun işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü il dönümü ilə əlaqədar Baş Prokurorluğun Elm Tədris Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin hüquq fakültələrində təhsil alan tələbələr arasında “Hüquq viktorinası” müsabiqəsi keçirilmişdir. “Konstitusiya hüququ”, “Cinayət hüququ”, “Cinayət-prosessual hüquq” fənləri üzrə keçirilmiş müsabiqə bir neçə mərhələdə davam etmişdir. Müsabiqənin universitet komandalarının kapitanları arasında növbəti mərhələsində keçirilən fərdi yarışın qalibi Azəbaycan Respublikasının Prezidenti yannda Dövlət İdarəçilik Akademiyası Siyasi İdarəetmə fakültəsinin IV kurs tələbəsi Maya Eyvazzadə olmuşdur.

Tədbirdə Baş Prokuror Kamran Əliyev qalibləri təbrik etmiş, onlara sertifikatlar təqdim etmişdir.

Eyni zamanda Azəbaycan Respublikasının Prezidenti yannda Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov qalıb olan tələbə Maya Eyvazzadəni qəbul edib, müsabiqədə yüksək nəticə göstərməsi münasibətilə təbrik edib, ona təhsilində uğurlar arzulayıb. Rektor gənc hüquqşünasların təhsili, ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində keçirilən səmərəli və ardıcıl tədbirlərin əhəmiyyətini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında bağlanmış əməkdaşlıq sazişinə əsasən hər iki qurum arasıda əməkdaşlığın uğurla davam etdiyini bildirib.