preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının magistrları üçün seminar keçirilib
Fev 25 , 2016 – 01:44

Dövlət İdarəçilik Akademiyasının magistrları üçün “Müasir İKT-dən istifadə səviyyəsinin yüksəldilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması” adlı seminar keçirilib. Seminarda “Dövlət idarəçiliyində İnformasiya texnologiyaları” kafedrasının müdiri i.f.d. dos. Elçin Abasov çıxış edərək magistrlar üçün təşkil olunan seminarlar və konfransların onların gələcək fəaliyyətləri üçün vacibliyini diqqətə çatdırıb və “Korporativ informasiya sistemlərinin e-idarəetmədə tətbiqi” mövzusunda çıxış edib. Daha sonra kafedranın müəllimlərindən Olqa Muxtarova “Ekspert sistemlərin idarəetmədə tətbiqi”, Səbinə Bəşirova “E-Hökümətin qurulmasında problemlər”, Sürəyyə Çinani “Distant təhsilin proqram-texniki təminatı:beynalxalq təcrübə”, Səbirə Bağırova “Azərbaycan iqtisadiyyatının sferalarında ekonometrik -modelləşmənin tədbiqi”, Sevda Məmmədova “İnformasiya iqtisadiyyatının Azərbaycanda inkişafı”, Ramal Cabbarov “Şəbəkə təhlükəsizlik sisteminin təmini” mövzularında çıxışlar ediblər. Seminarın sonunda magistrların sualları cavablandırılıb.