preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru Əli Nuriyev 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Dek 05 , 2014 – 12:30

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru Əli Nuriyev 75illik yubileyinəhəsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov tədbir iştirakçılarını salamlamış və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim, tələbə və müdavimləri, eləcə də bütün həmkarları adından yubilyarı anadan olmağının 75, elmi-pedoqoji fəaliyyətinin 50 illiyi münasibəti ilə təbrik etmiş, möhkəm can sağlığı, gümrahlıq, elmi və pedoqoji fəaliyyətinizdə yeni uğurlar arzulayımışdır.

Daha sonra çıxış edənlər respublikamızda iqtisad elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş alimlər nəslinə mənsub olan Əli Nuriyevi öz istedadı, əməksevərliyi sayəsində mühüm nailiyyətlər qazanmısı, 250-a yaxın elmi, elmi-metodiki əsərin, o cümlədən 16 monoqrafiya və kitabçanın müəllifi, 10 monoqrafiyanın şərikli müəlliflərindən biri kimi əsərləri ilə ölkəmizin iqtisad elminin inkişafına töhfələr verdiyini qeyd etmişlər. Yubilyarın “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları”, “Regional siyasət və idarəetmə”, “Regional siyasət və idarəetmənin əsasları”, “Azərbaycan Respublikasının böhran vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri”, “Anamın həyat fəlsəfəsi”, “İnsan və həyat fəlsəfəsi”, “Ömür, ölüm və həyat”, “Ailə, təhsil və milli-mə­nəvi dəyərlər” adlı əsərlərinin geniş oxucu kütləsi və iqtisadiyyat sahəsində çalışan mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmasını onun yaradıcılığının zənginliyi kimi vurğuladılar.

Yubiley tədbirində Əli Nuriyevi tanıyan, onunla uzun illər dostluq edən insanlar onun yüksək mədəniyyətindən, səmimiliyindən, qayğıkeşliyindən danışmış, ona öz hörmət və arzularını bildirmişlər.