preloader-matrix

Dia.edu.az

2021\2022 tədris ilində DİA-a qəbul olan Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov2021\2022 tədris ilində DİA-a qəbul olan Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb

Sentyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov 2021\2022 tədris ilində DİA-a qəbul olan Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.

Rektor Prezident təqaüdçülərinin ali məktəbə olan marağını və gözləntilərini  yüksək qiymətləndirib. Qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Eyni zamanda rektor Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyinin bərpasından keçən 30 il ərzində Azərbaycan Respublikası uğurla inkişaf etmiş və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə bütün sahələrdə böyük uğurlar qazanıb.

Tələbənin təklif və təşəbbüsünü dinləməyə hər zaman açıq olduğunu bildirən akademik U.Ələkbərov sonda Prezident təqaüdçülərinin fikirlərini dinlənyib, onlarla xatirə fotosu çəkdirib.