preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının tələbələri “Böyük Avrasiya–sivilizasiyalar alyansı” nominasiyasının qalibi olublar
Mart 18 , 2019 – 09:13

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Inzibati idarəetmə fakültəsinin tələbələri Sofya Əhməd və Allahverdi Məmmədov Moskvada keçirilən müsabiqə “Böyük Avrasiya–sivilizasiyalar alyansı” nominasiyasının qalibi olublar. Müsabiqə fevralın 21-23-də “Avrasiya gəncləri: gələcəyi birlikdə qururuq!” Beynəlxalq Forumu çərçivəsində keçirilib. Müsabiqəyə 120-dən çox layihə təqdim olunmuşdu.

DİA-nın tələbələrinin MDB ölkələrinin gənc sahibkarları üçün  nəzərdə tutulmuş “Increase the life” layihəsi dayanıqlı inkişafın 17 əsas məqsədlərinə əsaslanır. “Avrasiya gəncləri:gələcəyi birlikdə qururuq!” Beynəlxalq Forumu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya-Təhlil Mərkəzinin dəstəyi ilə “Şimal-Cənub” Siyasi Mərkəzi tərəfindən təşkil olunmuşdu.