Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının tələbələri təltif ediliblər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) fəal tələbələr mükafatlandırılıb.

Mükafatlandırma mərasimində Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov gənclərin ictimai fəallığının əhəmiyyətini vurğulayıb, dövlət gənclər siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini qeyd edib.

DİA-nın ümumi işlər üzrə prorektoru dosent Cəfər Eyvazlı, Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Yusif Ağayev, akademiyanın müşaviri Zaur Məmmədov tələbələrə təhsildə və ictimai fəallıqda uğurlar arzulayıblar.

Mərasimdə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbədə gənclərin müstəsna rolu və xidmətləri vurğulanıb.

Sonra 2021-ci il ərzində uğurlu fəaliyyətləri ilə fərqlənən DİA-nın tələbələrinə mükafatlar verilib.