preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının tələbəsi Qran Pri yarşının qalibi olub
May 16 , 2016 – 12:33

Qazaxstanın Almatı şəhərində keçirilən cüdo üzrə Qran Pri yarışı Azərbaycan milli komandası üçün uğurlu olub.  Cüdoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar.

100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan  cüdo milli komandasının üzvü,  dünya çempionu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əlavə təhsil üzrə İnzibati İdarəetmə fakütəsinin IV kurs tələbəsi  Elxan Məmmədov  bütün rəqiblərinə qalib gələrək Qazaxstan Qran Prisinin qızıl medalına sahib olub.