preloader-matrix

Dia.edu.az

«Dövlət qulluğu sistemi və beynəlxalq təcrübə» istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir
Mart 27 , 2017 – 11:42

2017-ci il mart ayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Türkiyə və Orta Doğu Amme İdaresi İnstitutu ilə birgə «Dövlət qulluğu sistemi və beynəlxalq təcrübə» istiqaməti üzrə qısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursda dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.

«Dövlət qulluğu sistemi və beynəlxalq təcrübə» istiqamətində kursun əsas məqsədi “Dövlət qulluğu etikası”, “Dövlət İdarəçiliyində liderik”, “Dövlət qulluqçularının qiymətləndirilməsi” və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

 Kurs ərzində «Dövlət qulluğu sistemi və beynəlxalq təcrübə» istiqaməti üzrə – Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov,  I prorektor, professor Əlikram Abdullayev,  Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti – dosent Murtəza Həsənov, İsfəndiyar Hacıyev, Zivər Zeynalova, Anar Həsənov, Türkiyə və Orta Doğu Amme İdaresi İnstitutunun professor müəllim heyəti – Tülün Yücel, Yrd. Doç. Dr. Yeliz Şanlı Atay, Yrd. Doç. Dr. Filiz Demirci, Yrd. Doç. Dr. Süha Oğuz Albayrak, Doç. Dr. Ali Murat Berker, TC Başbakanlık Kanun Kararlar Genel Müdür Yardımcısı Fazlı Yıldırım,  müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

Kursun sonunda Akademiyanın rektoru akademik Urxan Ələkbərov dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək   gələcək işlərində uğurlar arzu etdi.