loader image

Dia.edu.az

  • 27.04.2015 - 12:00
  • Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 27 aprel 2015-ci il tarixində “Regional idarəetmə: innovativ yanaşmalar və perspektiv imkanlar” mövzusunda Respublika elmi-paktik konfransı keçiriləcəkdir.

Ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafının idarə olunması müasir texnologiyalara və innovasiyalara əsaslanan iqtisadiyyatın formalaşmasını ön plana çəkir. Qloballaşan dünyada yeni iqtisadi çağırışlar davamlı rəqabət üstünlüyü üçün bütün aspektlərdə (texnoloji, bazar, maliyyə və s.) innovasiya fəallığını, iqtisadi və təşkilati-idarəetmə yeniliklərini zəruri edir.

Konfransın keçirilməsində əsas məqsəd regional idarəetmədə innovativlik, milli iqtisadiyyatın davamlılığı və müəssisələrin rəqabət qabiliyyətinin artırılması istiqamətində perspektiv imkanların öyrənilməsidir.

Konfransda iqtisadi inkişafda  yeni layihələr və innovasiyalar təqdim etmək istəyən tədqiqatçılar, professor-müəllim heyəti, mütəxəssislər iştirak edə bilərlər.

Konfransa aşağıdakı istiqamətlər üzrə məqalələr qəbul olunur:

  1. 1.   Azərbaycan yeni innovativ inkişaf mərhələsində: imkanlıar və perspektivlər
  2. 2.   Regionlarda innovativ iqtisadiyyatın formalaşması

Məqalələrin tərtib olunma qaydaları:

Mətnin yığılması-A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12pt, interval 1,5, Times New Roman. Məqalələr Мicrosoft Word formatında yadda saxlanıl­malıdır.Məqalələr 5-6 səhifədən ibarət olmaqla, azərbaycan dilində təqdim olunmalıdır.

Konfrans haqqında məlumat Dövlət İdarəçilik Akademiyasının  saytında yerləşdirilmişdir. (https://dia.edu.az)

Məqalə müraciət forması ilə birlikdə elektron şəkildə 01.03.2015 tarixindən 10.04.2015 tarixinədək dia_conference@hotmail.com elektron ünvanına göndəril­məlidir.

Əlaqə telefonu:  (012) 4978331

Ünvan:  Bakı, Lermontov 74

E-mail: dia_conference@hotmail.com

Məqalənin tərtibi üçün nümunə

MƏQALƏNİN ADI

Müəllifin adı, atasının adı, soyadı

Elmi dərəcəsi, vəzifəsi

Təmsil etdiyi müəssisənin adı

e-maili

 

Xülasə

Xülasə adi hərflərləMəqalənin yazıldığı dildə, 350-400 simvol.

       Açar sözlər: 3-5 söz

 

Məqalənin mətni ____

Məqalədə istinad olunan ədəbiyyat [1, s.78] kimi verilməlidir.

Ədəbiyyat

1.Azərbaycan Respublikasının Konstitusiyası. Bakı,  Qanun,  2004.

EVENT INFO :

  • Start Date:27.04.2015
  • Start Time:12:00
  • End Date:27.04.2015
  • Location:Bakı, Azərbaycan