loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “ASAN”Xidmətlə həyata keçirdiyi layihənin növbəti təlimi baş tutdu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər”lə bağlı Sərəncamına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN” Xidmət) ilə Əməkdaşlıq Memorandumu çərçivəsində fəaliyyətini davam etdirir. Bununla əlaqədar 14 iyul  2022-ci il tarixində  “ASAN” Xidmət mərkəzlərinin əməkdaşları üçün daim yenilənən  «Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları» adlı təlim  keçirildi. Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov daim yenilənən “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” adlı məruzə ilə çıxış edib. Akademik Urxan Ələkbərov müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb. Rektor qeyd edib ki, bu gün dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir çox uğurlara imza atılıb. U.Ələkbərov müstəqil ölkəmizin uğurlu inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu diqqətə çatdırıb.

Akademik 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıb. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun, vətənpərvər gənclərinin qəhrəmanlığını, mübarizliyini xüsusi vurğulayıb. Daha sonra rektor Urxan Ələkbərov işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, ölkəmizin müstəqillik əldə etdikdən bu günədək qazanılan siyasi, iqtisadi, hərbi uğurlarından, prioritetlərindən, inklüziv inkişafın idarə edilməsi sahəsindəki ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib.

Təlim diskussiya formatında davam edib və uğurla başa çatıb.

Təlimlər 2022-ci ilin dekabr ayınadək ayda iki dəfə olmaqla  davam edəcəkdir.