loader image

Dia.edu.az

Ümummilli Lider Heydər Əliyevin zəngin irsi gələcək nəsillər üçün iftixar mənbəyidir
DSC_7853
DSC_7856
DSC_7869
DSC_7872
DSC_7844
DSC_7853
DSC_7856
DSC_7869
DSC_7872
DSC_7844

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb. Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir siyasi tarixindəki əvəzsiz xidmətlərindən danışıb. Rektor bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini yeni müstəvidə uğurla davam etdirir. Bu gün Azərbaycan dünyada tanınan, beynəlxalq münasibətlərdə öz sözü və yeri olan, inklüziv inkişaf edən modern və güclü dövlətə çevrilib. U.Ələkbərov qeyd edib ki, Azərbaycanın müasir tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq, zaman keçdikcə biz Heydər Əliyev dühasının əzəmətini, böyüklüyünü daha çox hiss edir, həyata keçirdiyi çoxşaxəli işlərin, xalqımız və müstəqil dövlətçiliyimiz üçün ən çətin, taleyüklü anlarda yerinə yetirdiyi xilaskarlıq missiyaların nəhəngliyini daha dərindən dərk edirik. Tədbirdə DİA-nın Tarix kafedrasının professoru Musa Quliyev, Dövlət idarəetməsi və menecment kafedrasının müdiri professor Xatirə Hüseynova və başqaları çıxış edərək qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Ulu Öndər Heydər Əliyev irsini öyrənmək və təbliğ etmək bizim hər birimizin şərəfli borcudur. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Həyata keçirilən qlobalmiqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu artırıb, ölkəmiz regionda və dünyada lider dövlətə çevrilib.