loader image

Dia.edu.az

DİA-da “Yeni Klub” təsis olundu
c7857bd63d1e2fdbac0897ac99bbd6ef
a0a89c841e1253a70c536127042b640c
9619a580a30bf233a271121cac4582e7
95c3ca0c9b8aee00c987711cbcd1df5f
56ecc72e7c8dd3d145fcc016e6c44b79
9a621adfc76e456a5ade95d1b1ec4066
5bebdc0336f70a1e5f141469d8268391
3ff5167184adcb7c28c19331a9a32405
0e9065ee957d4a1eb4ab834750843bc4
f6dd70b25e2c8f46f6e38163f1aeee23
c7857bd63d1e2fdbac0897ac99bbd6ef
a0a89c841e1253a70c536127042b640c
9619a580a30bf233a271121cac4582e7
95c3ca0c9b8aee00c987711cbcd1df5f
56ecc72e7c8dd3d145fcc016e6c44b79
9a621adfc76e456a5ade95d1b1ec4066
5bebdc0336f70a1e5f141469d8268391
3ff5167184adcb7c28c19331a9a32405
0e9065ee957d4a1eb4ab834750843bc4
f6dd70b25e2c8f46f6e38163f1aeee23

Martın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “YENİ Klub”un təsis toplantısı keçirilib. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təsis toplantısını giriş nitqi ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ali təhsil müəssisəsində tələbələrin ictimai-sosial aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb. Dövlət İdarəçilik Akademiyasının Sosial iş, təlim-tərbiyə və təşkilati məsələlər üzrə müşaviri Zaur Məmmədovun moderatorluğu ilə davam edən toplantıda DİA-nın nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Nəzrin İsmayılova, koordinatorlar Aytən Nəzərova, Elməddin Nəzərli və Nərmin Teymurova təqdimatla çıxış ediblər. Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək. Çıxışında ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq. “YENİ Klub”un təsis olunmasını yüksək qiymətləndirən professor Elçin Əhmədov bildirib ki, klubun fəaliyyətində iştirak etmək tələbələrə əldə etdikləri təcrübə əsasında gələcək kariyeralarında uğur qazanmağa imkan verəcək. Çıxış edən DİA Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayev gənclərlə işin təşkilinin müasir çağırışlar baxımından effektiv formalaşmasının vacibliyini qeyd edərək “YENİ Klub”un təsis olunmasının da məhz bu istiqamətdə atılan ən uğurlu addımlardan biri olduğunu vurğuladı. Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır. Sonda xatirə fotosu çəkdirilib.