Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda məruzəsi dinlənilib. Təlimdə ali təhsil müəssisəsinin rəhbər şəxsləri və professor-müəllim heyəti iştirak edib.