Beynəlxalq hüquqşünas tələbələr birliyi olan ALSA Azərbaycanın təşkilatçılığı ilə ölkəmizdə normayaratma sahəsində ilk dəfə olaraq “Aktı Sən Yarat” normayaratma müsabiqəsi keçirilmişdir. “Aktı Sən Yarat” normayaratma müsabiqəsi hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrin normayaratma sahəsində olan biliklərinin praktikada tətbiqini, mövcud təcrübələrinin inkişafını nəzərdə tutaraq onların bu sahədə peşəkar hüquqşünas kimi formalaşmasını qarşısına məqsəd qoyan normayaratma müsabiqəsidir. Bu müsabiqədə Azərbaycanda hüquq təhsili verən ali təhsil müəssisələrinin 8 komandası iştirak etmiş və çıxışları normayaratma (qanunvericilik) sahəsində təcrübəli mütəxəssislər tərəfindən qiymətləndirilmişdir. İki mərhələdən ibarət olan müsabiqənin yekununda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisası üzrə 3-cü kurs tələbələri Mehdiyeva Zeynəb və Fərzaliyeva Nərmin 1-ci yerə layiq görülmüşdür. Qalib tələbələr DİA-nın rektoru, akademik Urxan Ələkbərov tərəfindən qəbul edilmiş və onları bu münasibətlə təbrik etmişdir.
- 29 Nov
- 2024