loader image

Dia.edu.az

Noyabrın 3-də Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və DİA Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə  “8 Noyabr- Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilmişdir. 


İntellektual oyunda tələbələrdən ibarət 8 komanda yarışmış və nəticələrə əsasən, “Azad Qarabağ” 3-cü, “Xarıbülbül” 2-ci, “Dəmir Yumruq” komandası isə 1-ci yerin qalibi olmuşdur.


Görüşdə çıxış edən Dövlət İdarəçilik Akademiyasi rektorun ictimai əlaqələr üzrə müşaviri Zaur Məmmədov rektor akademik U. Ələkbərovun salamlarını iştirakçılara çatdırmış, Zəfər günü ilə bağlı ali təhsil müəssisəsində silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir.  O,

Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirilən bu cür intellektual yarışların əhəmiyyətindən bəhs etmişdir.


Daha sonra çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova yarış iştirakçılarına Səbail rayon icra başçısının təbriklərini çatdırıb, Zəfər Günü ilə bağlı rayon ərazisində həyata keçirilən layihə və tədbirlər barədə məlumat verib.

Səbail Rayon Gənclər və İdman sektorunun müdiri Zamin Əhmədov iştirakçıları salamlayaraq, gələcəkdə gənclər üçün nəzərdə tutulan birgə layihələr və tədbirlər haqqında danışıb.

DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə və TGT-nin “İntellektual Oyunlar” klubunun sədri Qədim Qazıxanov yarışın təşkilati tərəflərindən bəhs edərək, bu tədbirin tələbələrin biliklərinin artırılmasına və komanda ruhunun formalaşmasına xidmət etdiyini vurğulayıblar.

Sonda qalib və iştirakçı komandalar diplom, sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.