Akademiyasında Bakı Beynəlxalq Humanitar Forumunda iştirakçısı Carleton universitenin Dövlət İdarəçiliyi kafedrasının professoru Lesli Pal ilə görüş keçirilmişdir
Okt 04 , 2014 – 09:17
4 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Kanadanın Carleton Universitetinin Dövlət Siyasəti və İdarəetməsi kafedrasının professoru Lesli Pal ilə Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbə heyətinin görüşü keçirilmişdir.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qonaqı salamlayaraq görüşdə iştirakı üçün ona təşəkkürünü bildirmiş onun DİA-da olmasının yüksək qiymətləndirmışdı. Rektor Akademiyada belə görüşlərin keçirilməsini elmi potensialın səviyyəsinin yüksəlməsinə müsbət təsir etdiyini qeyd etdi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən strategiyaya əsasən Azərbaycan Respublikasında effektiv dövlət idarəçiliyi, davamlı inkişaf, ekoloji sivilizasiya, insan potensalının yüksəldilməsi kimi sahələrin inkişaf etdirilməsi istiqamətlərinin ölkə rəhbərinin diqqətində olduğunu qeyd etdi. Rektoru, akademik Urxan Ələkbərov professorun elmi fəaliyyətindən, dövlət idarəçiliyi sahəsində əldə etdiyi uğurlardan danışmışdır. IV Bakı Beynəlxalq Humanitar Forumda dövlət başçısının çıxışı haqqında danışan rektor bildirmişdir ki, ölkənin nailiyyətləri haqqında forum iştirakçılarına geniş məlumat verilmişdir. Son 10 il ərzində Azərbaycan yüksək səviyyədə inkişaf edərək bəzi sahələrdə G7 (böyük yeddilik) ilə rəqabət aparmaq qabiliyyətindədir.
Kanadanın Carleton Universitetinin Dövlət Siyasəti və İdarəetməsi kafedrasının professoru Lesli Pal çıxışına Carleton Universiteti haqqında qısa məlumat verməklə başladı. Carleton Universiteti Kanadanın paytaxtı Ottavada yerləşən dövlət universitetidir. Dövlət Siyasəti və İdarəçiliyi sahəsində mühüm nailiyyətlərə nail olmuşdur. Dövlət İdarəçiliyi kafedrası Magistr programı üzrə 18-20 ixtisası özündə cəmləşdirir. Hər il təqribən 250-ə yaxın müraciət arasından 60 tələbə seçilir. Həmin tələbələr 2 il müddətində Dövlət İdarəçiliyi ixtisası üzrə 4-5 əsas tədris fənnləri olmaqla 7-8 fənn tədris edilir. Tələbələrin siyasi elmlərlə yanaşı Mikro İqtisadiyyat, Riyaziyyat kimi digər təbiət elmləri haqqında biliklərini genişləndirməyə şərait yaradılır. Bakalavr və Magistr proqramları ilə yanaşı dövlət orqanlarında çalışanların öz ixtisaslarını artırmaları üçün də proqramlar, habelə doktorantura proqramları da mövcuddur. Bu proqramlarda yerli tələbələrlə yanaşı xarici tələbələr də təhsil alırlar. Məsələn, Doktorantura proqramına ildə 6 tələbə qəbul olunur. Yaxın zamanlarda onların arasında biri Tacikistandan və digəri Qazaxıstandan olmaqla 2 xarici tələbələr var idi. Onlar 2 il müddətində tədqiqat işləri ilə məşğul olurlar. Bir çox tələbənin cəlb olunduğu araşdırma prosesi zamanı bütün dünyada Dövlət İdarəçiliyi sahəhəsində olan nəşrlər, təhlil və araşdırmalar nəzərdən keçirilməsi, Dövlət İdarəçiliyi sahəsində hər iki qurumun təsirini vurğulaya bilərik. Lakin ölkədə mövcud olan idarəçilik ənənələri digərlərindən fərqlidir, məsələn Azərbaycan və Kanadada mövcud olan idarəçilik vərdişləri bir-birindən tamamilə fərqlənir. Yaxşı idarəçiliyin (good governance) əsasları sırasında qanunvericilik mexanizmlərinə nəzarət, vətəndaş cəmiyyəti iə əlaqələr, beynəlxalq hökümətlərarası debatları, beynəlxalq KİV-lə əlaqələri göstərə bilərik deyə qonaq fikirlərini bölüşdü.
Tədbirin sonunda Lesli Pala tədbirdə iştirakına və dəyərli fikirlərini tələbələrlə bölüşdüyünə görə təşəkkürünü bildirən rektor Urxan Ələkbərov qeyd etdi ki, iştirakçılar bu görüşdən bir çox dəyərli məlumatlar əldə etdilər və mütəmadi belə görüşlərin keçirilməsi öz müsbət təsirini göstərir.